Əsas Səhifə > Dünya > Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir
Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir12-03-2018, 08:21 |
Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib. Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In Cənubi Koreyanın nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb. "Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib. Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq. Geri qayıt |