Əsas Səhifə > Dünya > ABŞ-ın Türkiyə ilə Menbiç razılaşması vardı, amma...
ABŞ-ın Türkiyə ilə Menbiç razılaşması vardı, amma...16-03-2018, 08:41 |
Menbiçlə bağlı Türkiyə ilə hələ ki, razılaşma yoxdur. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib. “Türkiyə hökuməti ilə danışıqlar aparırıq. Hələ də Ankara ilə razılaşma əldə etmək üçün çalışırıq”, - sözçü bildirib. Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Menbiçin YPG-dən təmizlənməsi ilə bağlı ABŞ-la anlaşma əldə edildiyini demişdi. Tillersonun istefaya getməsindən sonra isə durum sual altına düşüb. Geri qayıt |