Əsas Səhifə > Dünya > Ərdoğan "Çanaqqala-1915" körpüsünün açılış vaxtını tezləşdirdi
Ərdoğan "Çanaqqala-1915" körpüsünün açılış vaxtını tezləşdirdi19-03-2018, 09:23 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Çanaqqala-1915" körpüsünün açılış vaxtını dəyişdirib. Trend-in məlumatına görə, bundan əvvəl 2023-cü ildə planlaşdırılan açılış mərasiminin tarixi 2022-ci il martın 18-nə keçirilib. Dövlət başçısı qeyd edib ki, tikinti işləri sürətlə aparılacaq. Xatırladaq ki, dünyada ən uzun asma körpü (3860 metr) olacaq "Çanaqqala-1915"in tikintisi işlərinə 2017-ci ilin martında başlanılıb. Körpü nəinki Gelibolu yarımadasını Lapseki rayonu ilə birləşdirəcək, eləcə də yüklərin İstanbuldan yan keçməklə Avropadan Türkiyənin Egey və Aralıq dənizi bölgələrinə nəqlinə sərf edilən vaxtı azaltmağa imkan verəcək. Geri qayıt |