Əsas Səhifə > Dünya > ABŞ Ukrayna və Gürcüstana yardım məqsədi ilə yarım milyard dollardan çox maliyyə vəsaiti ayıracaq
ABŞ Ukrayna və Gürcüstana yardım məqsədi ilə yarım milyard dollardan çox maliyyə vəsaiti ayıracaq22-03-2018, 09:00 |
ABŞ Konqresi Ukrayna və Gürcüstana yardım məqsədi ilə yarım milyard dollardan çox maliyyə vəsaiti ayıracaq. "Report" xəbər verir ki, bu vəsaitin 420 milyon dollardan çoxu Ukraynaya, 105 milyon dollardan artıq vəsait isə Gürcüstana veriləcək. Bu barədə qərar ABŞ-ın 2018-ci il üçün büdcə layihəsində yer alıb. Büdcə layihəsində deyilir: "105 milyon 325 min dollardan az olmayaraq yardım qismində Gürcüstana verilməlidir... 420 milyon 700 mindən az olmayaraq maliyyə vəsaiti isə Ukraynaya verilməlidir". Qeyd edək ki, bu vəsaitə Ukraynaya nəzərdə tutulan 200 milyon dollarlıq hərbi yardım aid deyil. Konqressin hər iki palatası cümə gününə qədər büdcəni qəbul etməlidir. Büdcəni ABŞ prezidenti Donald Tramp imzalamalıdır. Geri qayıt |