Əsas Səhifə > Dünya > Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq
Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq22-03-2018, 09:07 |
Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko "Hamburger Abendblatt" nəşrinə müsahibəsində bildirib. Poroşenko əmin edib ki, 2019-cu ilin sonuna qədər alyansın üzvü olmaq üçün ölkəsi fəaliyyət planını alacaq. O, hesab edir ki, Ukrayna alyansa üzv olacağı təqdirdə NATO həmişəkindən daha effektiv və güclü olacaq. "Ukrayna alyansa daxil olmaq üçün tələb olunan bütün kriteriyaları daha da tez həll etmək istəyir”, - deyə Poroşenko bildirib. Bunula belə, o qeyd edib ki, ölkəsi ÜDM-in 6% müdafiə xarclərinə yönəldir, bu isə NATO-ya üzv olan bir çox ölkələrdən 4 dəfə çoxdur. Poroşenko eyni zamanda alyansın üzvü olmaq istəyən tərəfdarların sayının da getdikcə artdığını söyləyib. Hazırda onlar ölkə əhalisinin ümumi sayının 59% təşkil edir. 2013-cü ildə isə bu rəqəm 13% idi. Geri qayıt |