Əsas Səhifə > Dünya > Türkiyə SQ PKK-nın ən təhlükəli terrorçusunu məhv edib
Türkiyə SQ PKK-nın ən təhlükəli terrorçusunu məhv edib22-03-2018, 09:50 |
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-a qarşı aktiv döyüşlərdə iştirak edib. Qeyd olunur ki, bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Geri qayıt |