Əsas Səhifə > Dünya > Tramp 50 milyard dollarlıq Çin malına tarif qoyur
Tramp 50 milyard dollarlıq Çin malına tarif qoyur23-03-2018, 10:15 |
ABŞ prezidenti Donald Trump martın 22-də prezident memorandumu imzalayıb. Bu sənədlə azı 50 milyard dollarlıq Çin malına tarif qoyula bilər. Çin bu addımı kəskin pisləyib. Trump ticarət təmsilçisi Robert Lighthizer-ə göstəriş verib ki, daha yüksək tarif qoyula biləcək məhsulların siyahısını hazırlasın. “Bu, uzun müddətdir hazırlanır”, – deyən prezident əlavə edib ki, tariflər 60 milyard dollarlıq məhsula aid ola bilər. Memorandumda bildirilir ki, Trump yalnız konsultasiya müddətindən sonra Çin idxalını hədəfə alacaq. Bu o deməkdir ki, spesifik mallarla bağlı dəyişikliklər Çinlə danışıqlar vasitəsiylə yoluna qoyula bilər. Trump həmçinin maliyyə naziri Steven Mnuchin-ə göstəriş verib ki, 60 gün ərzində Çin şirkətlərinə yeni investisiya məhdudiyyətləri təklif etsin. Ağ evin iqtisadi müşaviri Everett Eissenstat-ın sözlərinə görə, məqsəd Birləşmiş Ştatların strateji saydığı texnologiyaları qorumaqdır. Çinin Vaşinqtondakı səfirliyi Trump-ın planlaşdırdığı tariflərdən “bərk məyus” olduğunu bildirib, Birləşmiş Ştatları ticarət münasibətlərinə təhlükə yaratmamağa çağırıb. Geri qayıt |