Əsas Səhifə > Dünya > Çinin ABŞ-a cavabı gecikmədi

Çinin ABŞ-a cavabı gecikmədi


23-03-2018, 10:32
Çinin ABŞ-a cavabı gecikmədi
Çinin ABŞ prezidenti Donald Trampın "Çinin iqtisadi təcavüzkarlığı ilə mübarizə" haqqında imzaladağı memoranduma cavabı gecikməyib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbər verir ki, Rəsmi Pekin ABŞ-ın Çin istehsalı olan mallara rüsumlar tətbiq etməsinə cavab tədbiri olaraq, Amerika mallarına idxal rüsumları tətbiq edəcək.

Bu barədə Çinin ÜTT-dəki səfiri Çen Sənçen bildirib məlumat verib.

Çen Sənçen bildirib ki, Çin ABŞ-dan ÜTT-yə şikayət etmək niyyətindədir.

Qeyd edək ki, D.Tramp ABŞ ticarət nümayəndəsinə 15 gün ərzində əlavə rüsumların tətbiq ediləcəyi Çin istehsalı malların siyahısını hazırlayıb təqdim edilməsinə dair göstəriş verib.

ABŞ, həmçinin lisenziyalaşdırılma sahəsindəki pozuntularla əlaqədar ÜTT-də Çinə qarşı iddia qaldırmaq niyyətindədir.

Geri qayıt