Əsas Səhifə > Dünya > PKK-dan Türkiyəyə qarşı hiylə:
PKK-dan Türkiyəyə qarşı hiylə:24-03-2018, 10:59 |
Bir müddət əvvəl PKK terror qruplaşmasının İraqın Sincar bölgəsindən çəkilməsi ilə bağlı yayılan xəbərlərin dünya ictimaiyyətini aldatmaq, gözündən pərdə asmaq məqsədi daşıdığı iddia edilib. Axar.az Yeniakit.com.tr-yə istinadən xəbər verir ki, PKK-nın məqsədi terrorçuların kiçik bir qisminin bölgədən çıxarılmasına nail olmaq və YBŞ adlanan əsas hissənin orada qalmasını təmin etməkdir. Suriyadakı YPG-nin bənzəri olan YBŞ bununla Türkiyənin İraqa (Sincar) İŞİD-i qorumaq məqsədi ilə daxil olacağı ilə bağlı təbliğat aparacaq. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Sincarı PKK-dan təmizləməyə hazır olduğunu açıqlamışdı. Bundan sonra PKK Sincarı tərk etməsi ilə bağlı məlumat yayıldı. Geri qayıt |