Əsas Səhifə > Dünya > Avstraliya XİN DÇ-2018-i boykot etməyə hazırlaşır
Avstraliya XİN DÇ-2018-i boykot etməyə hazırlaşır27-03-2018, 08:30 |
Avstraliyanın xarici işlər naziri Culi Bişop bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çemponatında iştirakdan imtina etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb. "Sanksiyalara gəlincə, Avstraliya Rusiyaya münasibətdə bir sıra şəxslərə qarşı sanksiyalar təbiq edib. Xüsusi halda, onlar Krımın qanunsuz zəbt edilməsindən sonra siyahıya daxil ediliblər. Bu sanksiyalar təkrar gözdən keçirilib və yenilənib, bizdə Rusiyanın fiziki şəxslərinə və təşkilatlarına qarşı bir sıra sanksiyalar var", - deyə nazir "Fox Sport Australia"ya bildirib. Avstraliyanın Xarici İşlər Nazirliyindən həmçinin bildiriblər ki, Böyük Britaniya hökumətinin Rusiya ilə bağlı mövqeyini dəstəkləyirlər. Geri qayıt |