Əsas Səhifə > Dünya > Türk ölkəsində məşhur siyasətçi çevrilişdə ittiham edildi

Türk ölkəsində məşhur siyasətçi çevrilişdə ittiham edildi


29-03-2018, 09:32
Türk ölkəsində məşhur siyasətçi çevrilişdə ittiham edildi
Qırğızıstan prezidentliyinə eks-namizəd Omurbek Babanov dövlət çevrilişinə hazırlıqda şübhəli bilinib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Milli Təhlükəsizlik Komitəsininin mətbuat xidməti yayıb. Komitənin Babanova qarşı cinayət işini araşdırdığı vurğulanıb.

Qeyd edək ki, Babanov Respublika Partiyasının lideridir. O, son prezident seçkisində 34%-lə ikinci yeri tutub. O zamankı prezident Almazbek Atambayev Babanovu xaricdən, xüsusilə Qazaxıstandan dəstək almaqda ittiham edib. Nəticədə Babanova qarşı seçkidən dərhal sonra dini, milli düşmənçiliyi yaratmaq ittihamı ilə cinayət işi açılıb. Babanov isə ölkədən qaçıb və siyasətdən getdiyini bildirib.

Atambayev iqtidardan getsə də, hakimiyyət üzərində öz təsirini qoruyub saxlayıb.

Geri qayıt