Əsas Səhifə > Dünya > Tramp Suriyanın bərpasına 200 mln. dollar ayırmasını əngəlləyib
Tramp Suriyanın bərpasına 200 mln. dollar ayırmasını əngəlləyib31-03-2018, 09:24 |
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Suriyanı bərpa etmək və burada humanitar səylər göstərmək məqsədi ilə 200 milyon dollar ayırmasını əngəlləyib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "The Wall Street Journal" qəzeti yazıb. Trampın dövlət katibi postundan istefaya göndərdiyi Reks Tillerson fevralda İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyanın iclasında vəd etmişdi ki, Vaşinqton Suriyada humanitar səylərə dəstək məqsədi ilə əlavə 200 milyon dollar ayıracaq. Nəşrin məlumatına görə, Tramp Dövlət Departamentinə bu vəsaitin ayrılmasını əngəlləmək göstərişi verib. Qəzet mənbələrinin dediklərinə görə, prezident KİV-lərdən birində ABŞ-ın göstərilən məbləği ayırmağa sadiq olmasına dair yazılan materialı oxuduqdan sonra bu qərara gəlib. Geri qayıt |