Əsas Səhifə > Dünya > Rusiya Qazaxıstanda yeni raketini sınaqdan keçirdi
Rusiya Qazaxıstanda yeni raketini sınaqdan keçirdi2-04-2018, 09:30 |
Rusiya hərbçiləri raket hücumundan müdafiə sisteminin yeni modernizə olunmuş raketini sınaqdan keçiriblər. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzeti “Qırmızı ulduz” yayıb. Sınaq Qazaxıstanın Sarı Şaqan poliqonunda baş tutub. Rusiya sınaqdan keçirdiyi raketin adını açıqlamayıb. Bu raketin Moskva şəhərinin müdafiəsi üçün nəzərdə tutulan raketdən müdafiə sisteminin bir hissəsi olduğu vurğulanıb. Geri qayıt |