Əsas Səhifə > Dünya > Yıldırım Avropanı gözləyən bəladan danışdı:
Yıldırım Avropanı gözləyən bəladan danışdı:3-04-2018, 09:40 |
Əgər Türkiyə Avropa İttifaqına (Aİ) qaçqınların axınının qarşısını saxlamasa, Avropanı böyük problemlər gözləyir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. B.Yıldırım qeyd edib ki, əgər Türkiyə qaçqınların qarşısını kəsməsə, qaçqın adı altında terrorçular da Avropaya gələcək. Baş nazir əlavə edib ki, özünə qarşı ikili standartlara rəğmən Türkiyənin qaçqınları yerləşdirdiyinə görə Aİ ona minnətdar olmalıdır. Qeyd edək ki, daha öncə türkyəli baş nazir bəyan etmişdi ki, Türkiyənin Aİ-yə ehtiyacı yoxdur, lakin Avropa qısa müddət ərzində Ankaranın bu qurumda üzvlük məsələsi ilə bağlı qərarını verməlidir. Geri qayıt |