Əsas Səhifə > Dünya, Güney Press > Fətullah Gülən Türkiyəyə nə zaman qaytarıla bilər?
Fətullah Gülən Türkiyəyə nə zaman qaytarıla bilər?3-04-2018, 10:23 |
ABŞ Ədliyyə Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdinin istintaqı çərçivəsində barəsində həbs qərarı çıxarılan Fətullah Gülənlə əlaqədar qərarın Türkiyədən gələ biləcək sənədlərin qiymətləndirilməsindən sonra veriləcəyini deyib. Lent.az-ın Haberturk-ə istinadən xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyinin sözçüsü Nikol Navas Oksman qeyd edib ki, türk hökumətinin bu mövzuda verəcəyi bütün materiallar araşdırılacaq, Gülənin geri qaytarılmasıyla bağlı qərar həmin sənədlərdəki faktlara və ABŞ qanunlarına əsasən veriləcək. Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun 19 dekabr 2016-cı ildə öldürülməsi ilə əlaqədar istintaq çərçivəsində Gülən, FETÖ və səfirin qatili Mevlüt Mert Altıntaş arasında bağlantılar sübuta yetirilib. İstintaqı icra edən Ankara Respublika Prokuroru Adəm Akınçı Ankara 2. Ağır Cəza Məhkəməsindən Fəthullah Gülən, Şerif Əli Tekalan, Cemal Karaata, Cengiz Özkan, Emrullah Uslu, Hamza Sevinç, Murat Tokay və Temel Alsancak barəsində həbs qərarı çıxarmasını tələb etmişdi. Onun bu tələbi Ankara 2. Ağır Cəza Məhkəməsi tərəfindən təmin olunub. Geri qayıt |