Əsas Səhifə > Dünya > "Facebook"dakı hesabların bloklanması ilə bağlı vəziyyəti araşdıracağıq"

"Facebook"dakı hesabların bloklanması ilə bağlı vəziyyəti araşdıracağıq"


5-04-2018, 08:36
"Facebook"dakı hesabların bloklanması ilə bağlı vəziyyəti araşdıracağıq"
"Facebook"un bu cür məlumatları necə əldə etdiyini anlamırıq – bu, indiyə qədər şirkət rəhbərliyinin bəyanatlarından aydın olmayıb".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova "Report"un Moskva müxbirinin sualını cavablandırarkən deyib.

Ötən gün "Facebook" şirkəti Rusiyanın 270 xəbər nəşrinin səhifə və akkauntunu silib. Şirkət rəhbəri Mark Sukerberq mövzu ilə əlaqədar bildirib ki, bu səhifələr hədəf auditoriyası MDB ölkələri, xüsusilə də, Azərbaycanın rusdilli vətəndaşları olan "Trol fabriki"nə məxsus olub.

Mariya Zaxarova "Facebook" rəhbərinin bu hərəkət və bəyatanı şərh edərkən sosial şəbəkənin bu məlumatların haradan əldə etdiyini bilmədiyi deyib və eyni zamanda, burada Amerika xüsusi xidmət orqanlarının əlinin olduğuna işarə edib.

"ABŞ-ın xüsusi xidmət orqanları qlobal sosial şəbəkə nümayəndələrindən daima nəsə istəyir, tələb edir. Onlar nədənsə müdafiə olunurlar, hansısa məqamlarda isə əməkdaşlığa gedirdər. Biz bunu rəsmi olaraq "Facebook"dan soruşacağıq. ABŞ-ın hansı idarəsinin "Facebook"da səhifələrin silinməsinə səbəb olan hansı konkret məlumatlar təqdim etdiyini bilmək maraqlı olacaq", - deyə Rusiyanın XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, "Facebook" məlumatın maneəsiz yayılmasına dair öz ideyasını pozmuş olur.

"Rusiya "Facebook" və ya digər sosial şəbəkələrin irəli sürdüyü "qaydalarla oynanılan oyun"un tərəfdarıdır. Aydındır ki, "Facebook"un daxili korporotiv qaydalarının pozulması baş verməyib, belə olsaydı səhifələr konkret seçilərək bloklanardı. Əgər Amerika qanunvericiliyinin pozulması baş veribsə, bizə həmin qanunları göstərin. Bunun gələcəkdə baş verməməsi üçün gəlin araşdıraq", - deyə o əlavə edib.

Geri qayıt