Əsas Səhifə > Dünya > Hədəfimiz bu əraziləri Rusiyaya birləşdirməkdir
Hədəfimiz bu əraziləri Rusiyaya birləşdirməkdir7-04-2018, 09:46 |
Donbas Rusiyanın bir parçası olmalıdır. Axar.az xəbər verir ki, bunu Donetsk separatçılarının “nazirlər şurasının” keçmiş sədri Aleksandr Boroday deyib. “Əslində indiyə qədər çox şey edilib. Donetsk və Luqansk “xalq respublikaları”nın yaradılmasından sonra nəzərdə tutulan yekun hədəfə hələ çatmamışıq. Bu hədəf təkcə Donbasın sərhədlərinə çatmaqdan ibarət deyil. Məqsəd bu regionları Rusiyanın bir hissəsi etməkdir. Yekunda biz hədəfimizə çatacağıq və Donbas Rusiyanın bir hissəsi olacaq”, – deyə o bildirib. Geri qayıt |