Əsas Səhifə > Dünya > ABŞ Suriyada vuracağı 22 nöqtənin xəritəsini çıxardıb

ABŞ Suriyada vuracağı 22 nöqtənin xəritəsini çıxardıb


10-04-2018, 11:09
ABŞ Suriyada vuracağı 22 nöqtənin xəritəsini çıxardıb
Amerikanın raket esminesi artıq Suriya sahillərinə yaxınlaşıb
ABŞ HDQ-nin raket esminesi Suriya sahillərinə yollanıb. FaktXeber.com-un məlumatına görə, bu barədə The Wall Street Journal xəbər yayıb. Bildirilir ki, bu, bazar ertəsi günü Suriyadanın Duma şəhərində kimyəvi hücumla bağlı Ağ Evdə keçirilən iclasdan sonra baş verib.

Amerikanın dövlət başçısı Donald Tramp tərəfindən çağırılan Milli Təhlükəsilik Şurasının iclası zamanı guya kimyəvi hücumda əli olan Suriya Ordusuna qarşı qüvvələrin istifadəsi məsələləri müzakirə olunub.

Bildirilir ki, «Donald Cook» adlı gəmi Kiprin Larnaka limanından ayrılaraq, Tartusun 100 km-nə kimi gəlib. Gəmidə 60 ədəd Tomahawk raketinin olduğunu bildirilir.

Hürriyyet qəzetinin məlumatına görə, Rusiya HKQ-nin qırıcıları azı 4 dəfə bu esminesin yaxınlığından uçublar.

Yeri gəlmişkən «Yeni Şafak»ın məlumatına görə, Qutada guya Suriya ordusu tərəfindən həyata keçirilən kimyəvi hücumla əlaqədar MKİ və Pentaqon Əsədə aid 22 kritik ərazinin xəritəsini çıxarıb. Vurulacaq yerlər arasında şiə hərbçilərinin üstünlük təşkil etdiyi strateji əhəmiyyətli bazalar, həmçinin Homs və Tartus bölgələrində rus əsgərlərinin olduğu 2 baza var.

Bildirilir ki, əməliyyatlarda Fransa, İngiltərə və İsrail də iştirak edəcək. Ümumilikdə xəritədə Homs, Dəməşq, Tartus, Həma, Haseke, Deyr əz-zor və Rəqqadakı hava limanları və bazalar yer alıb.

Geri qayıt