Əsas Səhifə > Dünya > Tramp hələ də Putinlə görüşmək istəyir
Tramp hələ də Putinlə görüşmək istəyir17-04-2018, 08:17 |
ABŞ prezidenti Donald Tramp hələ də Amerika qoşunlarının Suriyadan çıxarılmasını istəyir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib. Bununla belə, o qeyd edib ki, qoşunların Suriyadan çıxarılması müddəti hələ müəyyənləşdirilməyib. Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir. Lakin belə bir görüş hələ gözlənilmir. Qeyd edək ki, ABŞ, Fransa, Britaniya bir neçə gün əvvəl Suriyaya raket zərbəsi endiriblər. Hər üç dövlət bunu Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsi ilə əsaslandırıb. Geri qayıt |