Əsas Səhifə > Dünya > "Yunanıstan bizim Egey dənizində belə hərəkətlərə sakit şəkildə reaksiya verəcəyimizi gözləməsin"
"Yunanıstan bizim Egey dənizində belə hərəkətlərə sakit şəkildə reaksiya verəcəyimizi gözləməsin"18-04-2018, 08:02 |
Türkiyə Yunanıstanı Egey dənizində təxribat xarakterli hərəkətlərdə günahlandırıb və bu davamlı olacağı təqdirdə onu cavab hərəkətləri ilə təhdid edib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib. Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Yunanıstanın öz bayrağını Egey dənizindəki mübahisəli adalardan birinə sancmasını pisləyib və Afinanı bölgədə gərginlik yaratmamağa çağırıb. "Yunanıstan ilə xoş qonşuluq münasibətləri üçün çox vacib addımlar atdıq. Amma Afina daxili siyasətindən ötrü təxribat xarakterli bəyanatlar verir. Bizim münasibətlərimiz daxili siyasi hesablamaların qurbanı olmamalıdır. Yunanıstan bizim Egey dənizində belə hərəkətlərə sakit şəkildə reaksiya verəcəyimizi gözləməsin. Gəldik, bir bayraq sancdıq, dedik ki, "bu ada bizimdir"…Onlar öz təxribatlarına son qoymalıdırlar, yoxsa biz də istəmədiyimiz addımları atmalı olacağıq", - deyə Bozdağ jurnalistlərə bildirib. Geri qayıt |