Əsas Səhifə > Dünya > Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır
Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır19-04-2018, 08:17 |
Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür. Bu barədə Trend-ə özəl müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci deyib. N.Zeybekci bildirib: "Təəssüf ki, biz valyuta məzənnələrinin oynaması iqtisadiyyatlarımız üçün göstərdiyi mənfi təsiri artıq görmüşük. Biz hesab edirik ki, valyuta məzənnələrinin oynaması bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur". Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər. Qeyd edək ki, son illər Türkiyə başqa ölkələrlə ticarət hesablaşmalarında lirənin payını xeyli artırıb. Əgər 2013-cü ildə ixracda lirənin payı 2,6 faiz təşkil edirdisə, hazırdı bu göstərici 13 faizə bərabərdir. İdxalda Türkiyənin milli valyutasının payı həmin dövr ərzində 3,1 faizdən təxminən 8 faizə qədər artıb. Azərbaycanın Dövlət Gömrük Kkomitəsinin məlumatına əsasən, 2017-ci ildə Türkiyə ilə əmtəə dövriyyəsi 2,64 milyard dollar təşkil edib, bununda 1,37 milyardı bu ölkəyə ixracın payına düşür. 2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 14,8 faiz artıb. Cari ilin ilk rübündə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 573,1 milyon dollar (il ərzində 3,7 faiz artım) təşkil edib. Geri qayıt |