Əsas Səhifə > Dünya, Güney Press > Serj Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edib

Serj Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edib


20-04-2018, 08:26
Serj Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edib
“İstənilən cəmiyyətdə narazılıq müşahidə olunur. Ermənistan bu nöqteyi-nəzərdən istisna deyil”. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı Yerevanda keçirilən etiraz aksiyalarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan kimi ölkələrdə narazılıq daha kəskin şəkildə olur: “Lakin Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalar istisnadır – bu həm hökumətin, həm də cəmiyyətin xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir”.

“Bizim asayiş keşikçilərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Belə niyyət heç yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir”, - deyə Serj Sarkisyan qeyd edib.

Qeyd edək ki, Yerevanda aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Bir neçə gün əvvəl sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.

Geri qayıt