Əsas Səhifə > Dünya > Suriya ordusunun hərbi obyektləri raket atəşinə tutulub

Suriya ordusunun hərbi obyektləri raket atəşinə tutulub


30-04-2018, 08:11
Suriya ordusunun hərbi obyektləri raket atəşinə tutulub
Həma və Hələb şəhərləri yaxınlığında Suriya ordusuna məxsus hərbi obyektlər raket atəşinə tutulub.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyi hərbi mənbələrə istinadən məlumat verib.

Həma yaxınlığında hərbi anbarın raket atəşinə tutulması nəticəsində güclü yanğın baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Geri qayıt