Əsas Səhifə > Dünya > Britaniyalı milyarder ruslara işləməkdə ittiham edildi

Britaniyalı milyarder ruslara işləməkdə ittiham edildi


2-05-2018, 11:53
Britaniyalı milyarder ruslara işləməkdə ittiham edildi
Britaniyalı milyarder, "Legatum Institute" tədqiqat mərkəzinin yaradıcısı Kristofer Çandler (Christopher Chandler) Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə ittiham olunub. FaktXəbər "The Times" qəzetinə istinadən bildirir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü, Mühafizəkarlar Partiyasının nümayəndəsi Bob Sili danışıb.

Onun sözlərinə görə, Monako və Fransanın əks-kəşfiyyat idarəsi ona Çandlerin əlaqələri barədə sənədlər təqdim edib: "Bu sənədlər 2005-ci il tarixli və 1990-cı illərin ortalarından başlayaraq dövrü əhatə edir. Sənədlər Kristofer Çandler və onun qardaşına aiddir".

Qeyd edək ki, britaniyalı milyarder 1990-ci illərdə Rusiya şirkətlərinin səhmlərinin alqı-satqısı ilə məşğul olub.

Geri qayıt