Əsas Səhifə > Dünya > KXDR-dəki amerikalılar tezliklə həbsdən azad ediləcək
KXDR-dəki amerikalılar tezliklə həbsdən azad ediləcək3-05-2018, 08:22 |
ABŞ prezidenti Donald Tramp KXDR-dəki amerikalıların tezliklə həbsdən azad ediləcəyinə eyham vurub. "Report" "RenTV"-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Twitter"də yazıb. Birləşmiş Ştatlar rəhbəri qeyd edib ki, ölkənin əvvəlki administrasiyaları uzun müddət amerikalıları həbsxanada azad etməyə çalışıblar. Lakin müsbət nəticələrə nail ola bilməyiblər. "Hamıya məlumdur ki, əvvəlki administrasiyalar uzun müddət ərzində Şimali Koreyanın əmək düşərgələrindəki üç məhbusu azad etməyə çalışıblar. Lakin bu, nəticəsiz olub. Xəbərləri izləyin", - deyə Tramp yazıb. Daha əvvəl "Renxap" agentliyi Şimali Koreyadakı amerikalıların əmək düşərgəsindən Pxenyandakı otellərdən birinə gətirildiyini xəbər verib. Agentliyin məlumatına görə, əgər Trampla Kim Çen Inın görüşü uğurlu keçsə, məhbuslar vətənlərinə buraxıla bilər. Geri qayıt |