Əsas Səhifə > Dünya > “Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”

“Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”


5-05-2018, 09:59
“Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”
“Nikol Paşinyan mayın 8-də baş nazir seçilərsə, mayın 14-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib.

Qeyd edək ki, mayın 14-də Rusiyanın Soçi şəhərində dövlət başçılarının Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclası keçiriləcək. Bu görüşün də həmin toplantı çərçivəsində reallaşacağı gözlənilir.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisinin ikinci turu keçiriləcək. Bu posta yeganə namizəd Nikol Paşinyandır. Mayın 1-də keçirilən brinci turda o lazım olan 53 səsi toplaya bilməmişdi.

Geri qayıt