Əsas Səhifə > Dünya > İŞİD Rusiyada polislərə hücüma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Rusiyada polislərə hücüma görə məsuliyyəti öz üzərinə götürüb


7-05-2018, 08:05
İŞİD Rusiyada polislərə hücüma görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Rusiyanın Nijni Novqorod şəhərində polis əməkdaşlarna törədilən silahlı hücüma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın "Vedomosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in nəzarətində olan "Amaq" nəşrində dərc olunan məlumatda deyilir.

Qeyd edək ki, mayın 4-də Nijni Novqorod şəhərində silahlı şəxsin polisə hücumu nəticəsində 3 asayiş keşikçisi yaralanıb. Polisin cavab atəşi ilə silahlı şəxs öldürülmüşdü.

Geri qayıt