Əsas Səhifə > Dünya > Ermənistan parlamentində Paşinyanın baş nazir vəzifəsinə namizədliyi səsverməyə çıxarılacaq
Ermənistan parlamentində Paşinyanın baş nazir vəzifəsinə namizədliyi səsverməyə çıxarılacaq8-05-2018, 07:55 |
Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə seçkilər keçiriləcək. "Report" TASS-a istinadən xəbər verir ki, müxalifətin bu vəzifəyə yeganə namizədi Nikol Paşinyandır. Parlamentin iclası yerli vaxtla saat 12:00-da başlayacaq. Deputatlar Paşinyanın çıxışını dinləyəcək və ona suallar verəcəklər. Onun baş nazir vəzifəsinə namizədliyi ikinci dəfə irəli sürülür. Birinci səsvermə mayın 1-də keçirilib və müzakirə 6 saatdan çox davam edib. Həmin vaxt Paşinyana 45 deputat səs verib. Lakin namizədə baş nazirin seçilməsi üçün 53 səs lazımdır. Ermənistanın hakim partiyası növbəti seçkilərdə Paşinyana dəstək verəcəyini vəd edib. Geri qayıt |