Əsas Səhifə > Dünya > ABŞ Senatının komitəsi Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edib

ABŞ Senatının komitəsi Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edib


9-05-2018, 07:51
ABŞ Senatının komitəsi Rusiyanı seçkilərə müdaxilə etməkdə ittiham edib
ABŞ Senatının kəşfiyyat üzrə komitəsi Rusiyanın seçkilərə müdaxiləsi nə dair hazırlanmış hesabatın altı səhifəlik hissəsini ictimailəşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Komitə bununla belə Rusiyanın seçkilərə müdaxiləsinin hər-hansı təsirini təsdiqləməyib.

“Rusiya hökuməti ilə əlaqəli kiberhücumçular 2016-cı ildə ABŞ-ın seçki infrastrukturuna zidd kiberkampaniya keçiriblər”, – deyə məlumatda bildirilir. Məlumata görə, kiberhücumlara 18-21 ştat məruz qalıb.

Komitə iddia edir ki, Rusiya ABŞ-dakı seçki prosesinə yönəlmiş kəşfiyyat fəaliyyətinin geniş spektrindən istifadə edib: “Bu fəaliyyət azı 2016-cı ilin əvvəlində başlayaraq, seçki gününədək davam etdirilib və informasiyaların toplanılması, ədalətli səsvermə prosesinə kölgə salmaq və nəticələrə təsir etmək cəhdləri kimi əməliyyatlar həyata keçirilib”.

Komitə, bununla belə, müdaxilənin seçkilərin nəticələrinə təsir etmədiyini qeyd edib. Bundan başqa, sənəddə xarici müdaxilədən qorunmağa dair bir neçə tövsiyə yer alıb.

Geri qayıt