Əsas Səhifə > Dünya > Mey və Ruhani telefon danışığı aparıblar

Mey və Ruhani telefon danışığı aparıblar


14-05-2018, 09:56
Mey və Ruhani telefon danışığı aparıblar
Böyük Britaniyanın baş naziri Tereza Mey İran prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı nüvə proqramı məsələsində onun Hərtərəfli Birgə Fəaliyyət Planı şərtlərinə riayət etmə niyyətini alqışlayıb. FaktXeber.com-un RT-yə istinadoa verdiyi məlumata görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

«Baş nazir yenidən Böyük Britaniyanın mövqeyini təsdiqləyir ki, biz və avropalı müttəfiqlər İran nüvə sazişinin qorunması məsələsində sadiqik», deyə bəyanatda bildirilir.

Meyin sözlərinə görə, sazişin saxlanılması hər iki ölkənin mili təhlükəsizlik marağındadır.

Britaniyanın baş naziri həmçinin Tehranın nüvə sazişinin şərtlərinə əməl edəcəkləri barədə Ruhaninin sözlərini də alqışlayıb.

Qeyd edək ki, bundan əvvəl AFR kansleri Anqela Merkel İran prezidenti Həsən Ruhani ilə telefon danışığında Tehranın saziş üzrə öhdəliklərini yerinə yetirdiyi müddətdə Almanyia, Fransa və Böyük Britaniyanın sazişdə qalacaqlarını demişdi.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan etmişdi. O, həmçinin əlavə etmişdi ki, yaxın günlərdə İrana qarşı sanksiyalar barədə sənəd imzalayacaq.

Geri qayıt