Əsas Səhifə > Dünya > Ağ ev Mirziyoevdən nə istəyəcək
Ağ ev Mirziyoevdən nə istəyəcək15-05-2018, 08:15 |
Ağ ev Özbəkistan prezidenti Shavkhat Mirziyoev-i iqtisadiyyatda islahatları davam etdirməyə, insan haqlarının durumunu yaxşılaşdırmağa çağıracaq. Bunu Birləşmiş Ştatlar rəsmisi deyir. Mirziyoev bu həftə Vaşinqtona ilk səfərini edir. Ağ evin Milli Təhlükəsizlik Şurasında Orta və Cənubi Asiya məsələlərinə nəzarət edən Lisa Curtis mayın 14-də deyib ki, Mirziyoev hakimiyyətə gələndən Özbəkistan “böyük addımlar atıb”. Mirziyoev hakimiyyətə 2016-cı ildə, Islam Karimov-un vəfatından sonra gəlib. Curtis-in deməsinə görə, ABŞ rəsmiləri Mirziyoev-i insan haqlarının repressiyası, məcburi əmək, din azadlığı, mətbuat azadlığı ilə bağlı problemlərin həllinə çağıracaqlar. “Bu səfər həmin islahatların həvəsləndirilməsi və təsdiqlənməsi üçün fürsətdir”, – Curtis deyib. Mirziyoev mayın 16-da Ağ evdə prezident Donald Trump-la görüşəcək. Geri qayıt |