Əsas Səhifə > Dünya > Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz
Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz15-05-2018, 10:02 |
Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, Rusiya Türkiyənin regionda strateji tərəfdaşlarından biridir: "Türkiyə-Rusiya münasibətləri hazırda ən yüksək səviyyədədir". Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin (ZRK) alışına da toxunan dövlət başçısı qeyd edib ki, bu məsələ ABŞ-ı və NATO ölkələrini narahat etməməlidir: "NATO üzvü olan Yunanıstan Rusiyadan S-300 ZRK-ları alanda ABŞ narahat olmamışdı". ABŞ tərəfdən gözlənilən sanksiyalara gəlincə, Prezident bildirib ki, Vaşinqton sanksiyalardan danışmaq əvəzinə Türkiyəyə dəstək verməlidir. Geri qayıt |