Əsas Səhifə > Dünya > İsrail səfirinin sözləri baş naziri heyrətə gətirdi

İsrail səfirinin sözləri baş naziri heyrətə gətirdi


16-05-2018, 08:25
İsrail səfirinin sözləri baş naziri heyrətə gətirdi
İsrailin Belçikadakı səfiri Simona Frankel 14 mayda Qəzza zolağında baş verən qanlı hadisələr zamanı həlak olan fələstinliləri terrorçu adlandırıb.

Axar.az xəbər verir ki, səfirin hadisələr barədə açıqlamasına Belçikanın Baş naziri Şarl Mişel çox sərt reaksiya göstərib.

İsrail səfirinin “bütün insanların həyatını itirməsinə görə üzülürük, sərhədi keçməyə çalışan 55 terrorçu üçün belə” sözlərinə cavab verən baş nazir şoka düşdüyünü bildirib:

“Beynəlxalq bir istintaq tələb edirik. Beynəlxalq zəmində cəzasızlıqdan söhbət gedə bilməz. İsrailin təhlükəsizlik haqqını müdafiə etmək üçün həmişə bu ölkənin yanında dayandıq, ancaq faciələrlə nəticələnən hədsiz şiddətə icazə verilməsi qəbuledilməzdir”.

Xatırladaq ki, ötən gün ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərə açılan atəş nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. Hadisələr zamanı 2700 nəfər yaralanıb.

Geri qayıt