Əsas Səhifə > Dünya > Bizi cəzalandırmaq istəyirlər
Bizi cəzalandırmaq istəyirlər19-05-2018, 09:50 |
Qərb Rusiyanın neqativ görüntüsünü yaratmağa cəhd etməklə ölkənin inkişafının qarşısını almağa çalışır. Axar.az xəbər verir ki, bunu Argentinanın “Clarin” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “Belə görüntü var ki, Qərbdəki elitanın bir hissəsinin Rusiyanın uğurla öz daxili inkişaf problemlərini həll etməsi, suverenliyini effektiv müdafiə etməsi, müstəqil xarici siyasət kursu həyata keçirməsi xoşuna gəlmir. Məhz buna görə bizim inkişafımızı ləngitməyə, cəzalandırmağa, sanksiyalar və media vasitəsilə neqativ görüntümüzü yaratmağa cəhd edirlər” – deyə o bildirib. Geri qayıt |