Əsas Səhifə > Dünya > İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirə edəcək
İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirə edəcək24-05-2018, 09:31 |
İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçiriləcək. SalamNews-un xəbərinə görə, bu barədə Knessetin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müvafiq təklif solçu “Merets” partiyasının lideri Tamar Zandberq tərəfindən irəli sürülüb. Məsələnin komissiyada deyil, parlamentdə müzakirə edilməsinin lehinə 16 deputat səs verib. Müzakirələrin tarixi hələ ki, müəyyən edilməyib. Qeyd edək ki, bu ilin fevralında İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. Geri qayıt |