Əsas Səhifə > Dünya, Güney Press > Pompeo Çavuşoğlu ilə görüşü səbirsizliklə gözləyir
Pompeo Çavuşoğlu ilə görüşü səbirsizliklə gözləyir30-05-2018, 08:22 |
Suriyanın Menbiç şəhəri ilə bağlı türkiyəli rəsmilərlə keçirilən görüşdən hələlik bir nəticə əldə edilmədi. Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert verib. "Hələlik Türkiyə hökuməti ilə heç bir müqaviləmiz yoxdur. Daha əvvəl ABŞ və Türkiyənin Suriya üzrə işçi qrupunun ötən cümə günü Ankarada görüşdüyünü bəyan etdik. Suriya və qarşılıqlı narahatlıq yaradan digər mövzularda müzakirələrimiz davam edir. Hər iki tərəf gələcək əməkdaşlıqla bağlı yol xəritəsinin sərhədlərini cızdı, buna Menbiç də daxildir", - Noyert bildirib. Noyert iyunun 4-də Dövlət katibi Mayk Pompeonun Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunu səbirsizliklə gözlədiyini söyləyib. Qeyd edək ki, bu görüşdə ABŞ və Türkiyənin menbiçlə bağlı razılığa gələcəyi ehtimalı yüksəkdir. Geri qayıt |