Əsas Səhifə > Dünya, Güney Press > Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib

Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib


31-05-2018, 10:39
Ermənistanın elektrik şəbəkəsinin erməni əsilli Rusiya milyarderinə verilməsi barədə müqavilə ləğv edilib
Ermənistanın Energetika Nazirliyi “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) ”Tashır Kapital” şirkətinə verilməsi barədə müqaviləni ləğv edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, şəbəkə 2017-ci il avqustun 24-də “Tashır”in idarəçiliyinə verilmişdi.

Bununla bağlı qərarı Ermənistanın o vaxtkı hökuməti qəbul edib.

Qeyd edək ki, “Tashır” şirkətlər qrupu Rusiya vətəndaşı olan erməni əsilli milyarder Samvel Karapetyana məxsusdur.

Geri qayıt