Əsas Səhifə > Dünya > Suriyada 70-dən artıq tayfa kürdlərə müharibə elan edib
Suriyada 70-dən artıq tayfa kürdlərə müharibə elan edib4-06-2018, 12:11 |
Hələb əyalətinin şərqində «Suriya torpağında xarici müdaxilə və amerikalıların mövcudiyyətinə qarşı» suriya tayfalarının toplantısı olub. FaktXeber.com-un SANA-ya istinadla məlumatına görə, tədbirdə Hasaka, Hələb, Rəkka, Dəraa, Deyr əz-Zor və digər regionlardan 70 tayfanın nümayəndəsi iştirak edib. Məlumata görə, Suriya reallıqlarının müzakirəsi bitdikdən sonra tayfa başçıları ərazilərin bütün xarici qüvvələrdən təmizlənməsi üçün Suriya ordusu ilə birgə xalq müqaviməti bölmələrinin yaradılmasını elan ediblər. Məlumata görə, yaradılmış qruplar birbaşa Suriya Demokratik Qüvvələrinə (SDF) və ABŞ silahlı qüvavələrinə müqavimət göstərəcəklər. Tayfaların sayı nəzərə alınarsa, xalq qüvvələrinin ABŞ və onların dəstəklədiyi SDF-ə ciddi problem yaradacağı düşünülür. Xatırladaq ki, bundan əvvəl SƏR prezidenti Bəşər Əsəd ABŞ-ın ölkəni tərk etməli olduğunu bildirmişdi. «Bu bizim torpaqlardır, onu azad etmək bizim hüquq və borcumuzdur. Amerikalılar da getməlidir və tez-gec bu baş verəcək», - deyə o, bəyan edib. Son günlər kürdlərin nəzarətində olan şimal torpaqlarında məcburi səfərbərlik və həbslərə qarşı sakinlərin kütləvi aksiyası keçirilir. Bununla belə kürdlər insanları məcburi şəkildə öz sıralarına qatmağa davam edirlər. Belə ki, Mənbicin Əl-Cat rayonunda SDF qüvvələri tərəfindən 15 dinc sakin həbs olunub. Həbslərin dəqiq səbəbi bildirilmir. Ancaq ehtimal edilir ki, həbs olunan şəxslər kürdlərə qarşı etiraz aksiyasında iştirak ediblər. Geri qayıt |