Əsas Səhifə > Dünya > `Boeing`in vurma əmrini Poroşenko verib

`Boeing`in vurma əmrini Poroşenko verib


6-06-2018, 09:52
`Boeing`in vurma əmrini Poroşenko verib
Poroşenko şəxsən «Boinq»in məhvi üçün fərman verib. FaktXeber.com-un Moskovskiy Komsomolets-ə istinadla məlumatına görə, bu barədə Ukrayna Ali Radasının sabiq deputatı Aleksey Juravko bəyan edib. Onun sözlərinə görə bu barədə sübutlar Ukrayna prezidentinin seçkiqabağı kampaniyası zamanı dərc oluna bilər.

«2014-cü ilin iyulun 17-də vurulan Maylayziyanın Boeing MN-17 təyyarəsinə gəldikdə isə 100 faiz əminliklə deyə bilərəm ki, bütün bu ölümlər Poroşenkonun vicdanındadır. Poroşenkoya yaxın dairələr iddia edirlər ki, o, bu təyyarənin məhv edilməsi üçün müdafiə naziri Qeleteya üzərindən şəxsən tapşırıq verib», - deyə o, öz Facebook səhifəsində (hazırda blok edilib) yazıb.

Sabiq millət vəkili bildirib ki, Parlamentdə də bu barədə məlumatı olanlar var, lakin onlara problem yaradılmaması üçün adlarını çəkməyib.

Juravko sübutların hakimiyyətdə dəyişiklik olduqdan sonra təqdim ediləcəyini düşündüyünü bildirdi.

Xatırladaq ki, bir müddət öncə Donbasın hava məkanında qəzaya uğrayan Malaysia Airlines-lə bağlı vəziyyəti araşdıran və Niderlandların rəhbərlik etdiyi Birləşmiş İstintaq Qrupun yekun nəticəni açıqlayıb. Ekspertlər Malayziyanın «Boinq» təyyarəsinin Rusiyanın Kursk vilayətindən Kiyevə gətirilən "Buk"la vurulduğunu bildiriblər.

Malayziyanın nəqliyyat naziri Entoni Loke Beynəlxalq İstintaq qrupunun iddiaları barədə inandırıcı dəlil gətirə bilmədiyini deyib.

2014-cü ilin iyul ayının 17-də Amsterdamdan Kuala Lumpura uçan Boinq 777 Ukraynanın şərqində Doneskin hava məkanında qəzaya uğramışdı. Faciə nəticəsində göyərtədə olan 298 nəfərin hamısı həlak olmuşdu.


Geri qayıt