Əsas Səhifə > Dünya, Güney Press > Ələddin Çakıcı Türkiyə prezidentinə səs verməyə çağırdı

Ələddin Çakıcı Türkiyə prezidentinə səs verməyə çağırdı


6-06-2018, 11:16
Ələddin Çakıcı Türkiyə prezidentinə səs verməyə çağırdı
Türkiyənin yeraltı dünyasının məşhur ismi Ələddin Çakıcı bu günlərdə qarşıdan gələn seçkilərlə bağlı mətbuat katibi Fərhad Aydoğan vasitəsilə bəyanat verib.

Bəyanatında dünyanın 3 qitəsində dövlət qurmağı bacaran türk millətinin düşmənləri ilə savaşlarda həmişə zəfər qazandığı vurğulanıb.

Bundan başqa, Çakıcı müasir dövrdə də xarici düşmənlərin bir çox terror təşkilatları vasitəsilə Türkiyəni dövlət kimi çökdürmək siyasətindən bəhs edib.

Ələddin Çakıcı Türkiyənin indiki prezidenti Rəcəp Tayyip Ərdoğanın və MHP lideri Dövlət Bahçelinin bu qüvvəlrə qarşı cəsarətlə və əzmlə mübarizə apardığını xüsusi qeyd edib.

Türkiyənin dərin dövlət adamı MHP sədri Dövlət Bahçelinin amnistiya barədə çağırışına dəstək verilməsinin gərəkdiyini bildirib. Üzərindən məhkumluğun hələ də götürülmədiyini xatırladan Ələddin Çakıcı əfvlə bağlı çağırşının şəxsi zəmində etmədiyini bildirib, hətta şəxsinin yeni amnistiya haqqında qanundan kənar tutulmasını istəyib.

Musavat.com

Geri qayıt