Əsas Səhifə > Dünya > Ermənistan dünyada qlobal sülhsevərlik indeksinə görə mövqelərini itirib

Ermənistan dünyada qlobal sülhsevərlik indeksinə görə mövqelərini itirib


7-06-2018, 08:44
Ermənistan dünyada qlobal sülhsevərlik indeksinə görə mövqelərini itirib
Ermənistan qlobal sülhsevərlik indeksində əvvəlki mövqelərini itirib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Ermənistan 7 sıra geriləyərək qlobal sülhsevərlik indeksinə görə 163 ölkə arasında 120-ci yeri tutub.

Siyahıda sonuncu – 163-cü yerdə hazırda döyüş əməliyyatlarının getdiyi Suriya qərarlaşıb. Əfqanıstan bu sırada 162-ci, Cənubi Sudan isə 161-ci yerdədir.

Beynəlxalq ekspertlər dünyanın ən sülhsevər ölkəsi kimi İslandiyanı seçiblər. Siyahıda bu ölkədən sonrakı ilk yerləri Yeni Zelandiya və Avstriya tutur.

Geri qayıt