Əsas Səhifə > Dünya > Səudiyyənin İraq narahatçılığı sosial şəbəkələrə də keçib

Səudiyyənin İraq narahatçılığı sosial şəbəkələrə də keçib


14-06-2018, 16:50
Səudiyyənin İraq narahatçılığı sosial şəbəkələrə də keçib
İraqda keçirilən son parlament seçkilərində Müqtəda Sədrin qələbəsindən sonra bir sıra Səudiyyə KİV-ləri İranın bu ölkədəki nüfüzunun azalacağını deyirdilər. Lakin "Sairun" və "Fəth"in birləşməsindən sonra Ər-Riyad məsələyə baxışını köklü şəkildə dəyişib.

FaktXəbər bildirir ki, İraqın "Almasleh" portalının araşdırmasına görə, son günlər Ərəbistanın peyk kanalları və bir sıra dövlət kanalları Muqtəda Sədri "Fəth"lə ittifaqına görə tənqid atəşinə tutublar, Çünki "Həşdi-Şabi"nin və "Fəth"in rəhbəri Hadi Amirini İrana yaxın siyasətçi hesab edilir.

Səudiyyə Ərəbistanının "Səda əl-Xəllic" qəzetinin məlumatına görə, Səudiyyə rəsmiləri İraqdakı son hadisələrə və "Sairun" ilə "Fəth"in birləşməsindən bərk əsəbləşərək, bu işi ikinci məğlubiyyət hesab edib. Birinci məğlubiyyət kimi isə Livanda keçirilən parlament seçkilərində Hizbullahın qələbəsi götürülür.

Londonda dərc olunan ərəbdilli "Əş-Şərq Əl-Vəsət" qəzeti də Sədri tənqid atəşinə tutaraq onu İrana təslim olmasaqda ittiham edib.

Twitterdə də Sədrə qarşı aparılan kampaniya açıq-aşkar gürünür. Məsələn Muhammad bin Naifin müşaviri sosial şəbəkədə Ər-Riyadın İraqdakı məğlubiyyətindən danışaraq, İranın xarici işlər nazirinin bu ölkədə hökm edəcəyini və Səudiyyə Ərəbistanını təhdid edəcəyini yazıb.

Səudiyyənin ABŞ-da yaşayan məşhur müxbiri Cəmal Xaşeqci məsələyə münasibət bildirərək, Sədrin və Amirinin ititfaqinı İraqın Səudiyyə Ərəbistanına qayıtdığını zənn edənləri naumid etdiyini deyib.

Ərəbistanın digər müxbiri Saleh Racehi isə, "Sədr ərəb olduğunu qabardaraq, İranın ölkədəki müdaxiləsini məhdudlaşdıracağına söz verib. Lakin bu gün o, nəzərini dəyişərək terrorris İran rejiminin müttəfiqi sayilan Ameri ilə birləşib. Görəsən nə olub?"

Deyilənlərdən aydın olur ki, Səudiyyə Ərəbistanı seçkilərdə "Sairun" koalisiyasının qələbəsindən sonra sevincək olsa da, "Fəth"lə qurulan ittifaq Səud rejiminin İraqdakı planlarının iflasa uğradıb.

Geri qayıt