Əsas Səhifə > Dünya > Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb
Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb20-06-2018, 12:47 |
Cənubi Koreya iyunun sonunda keçirilməsi nəzərdə tutulan üçgünlük hərbi təlimi Şimali Koreya ilə danışqlara mane olmamaq üçün təxirə salıb. “Report” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, məlumatı iyunun 20-də Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb. “Biz təlimləri təxirə salmaq barədə qərar qəbul etdik. Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk”, - nazirlikdən bildirilib. Agentlik qeyd edib ki, “Taegeuk” adlı təlimlər 1995-ci ildən etibarən hər il Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında keçirilir. İndiyədək təlimlərin keçirilməsi heç vaxt təxirə salınmayıb. Geri qayıt |