Əsas Səhifə > Dünya > Bizim qonşumuz ABŞ deyil, Rusiyadır
Bizim qonşumuz ABŞ deyil, Rusiyadır21-06-2018, 11:41 |
Bizim qonşumuz ABŞ deyil, Rusiyadır və Ankara öz tarixi qonşuları ilə münasibətləri yaxşılaşdırmağa borcludur. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir qeyd edib ki, Türkiyə və Rusiya mühüm strateji, siyasi və iqtisadi tərəfdaşdırlar: "Ankara və Moskva Suriyada böhranın nizamlanması ilə məşğuldurlar. Birləşmiş Ştatların Türkiyədən Rusiya ilə münasibətləri dayandırmağı tələb etməyə haqqı yoxdur". Türkiyə-ABŞ münasibətlərini şərh edən B.Yıldırım bildirib ki, Ankara və Vaşinqton arasında bir sıra problemlərin mövcud olduğu sirr deyil. Onlardan biri ABŞ-ın FETÖ terror təşkilatının lideri Fəthullah Gülənə dəstək verməsidir. Geri qayıt |