Əsas Səhifə > Dünya > ABŞ Şimali Koreya liderinin arzusunu ürəyində qoydu
ABŞ Şimali Koreya liderinin arzusunu ürəyində qoydu28-06-2018, 12:30 |
Çinə səfərindən sonra Cənubi Koreyaya gedən Pentaqon rəhbəri Ceyms Mettis Seulla birgə hərbi təlimlərin təxirə salınmasına baxmyaraq ABŞ-ın ölkədəki qoşunlarını çıxarmaq fikrində olmadığını söyləyib. FaktXəbər-in verdiyi məlumata görə, Cənubi Koreyadan olan həmkarı Sonq Younq-moo ilə görüşən ABŞ-ın müdafiə naziri bildirib ki, Koreya Demokratik Xalq Respublikası ilə (KXDR) davam edən müzakirələrdən sonra təlimlərin dayandırılmasına baxmayaraq, ABŞ regiondan qoşunlarını çıxarmağı düşünmür. Qeyd edək ki, Vaşinqton və Seulun bu yaz planlaşdırdıqları "Azadlıq Qvardiyası" adı hərbi təlim Trampın açıqlamasından sonra təxirə salınmışdı. Keçən il eyni adlı təlimdə 17 min 500 ABŞ əsgəri və 50 mindən çox Cənubi Koreya hərbçisi iştirak etmişdi. Hazırda Birləşmiş Ştatların Cənubi Koreya ərazisində 28 min 500 nəfərdən ibarət hərbi kontingenti yerləşir. Geri qayıt |