Əsas Səhifə > Dünya > Ərdoğan Bakıya gələcək
Ərdoğan Bakıya gələcək30-06-2018, 09:42 |
İyunun 24-də keçirilən seçkilərdə qalib gələn "Ədalət və İnkişaf Partiyasının" (Ak Parti) mərkəzi aparatının iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Biz prezident seçkilərinin ilk turunda qalib gəldik. Parlament seçkilərində də biz birinci olduq. Şübhəsiz ki, bu, böyük bir uğurdur. Vətəndaşların bizə olan etimadının göstəricisidir. Ancaq biz seçicilərin itirilmiş səslərini təhlil etməliyik. Hansı səbəbdən bunun baş verdiyini öyrənmək və üzərində çalışmaq lazımdır". O, həmçinin ölkədə keçiriləcək yerli bələdiyyə seçkiləri barədə də danışdı. "Biz gələcək bələdiyyə seçkilərində etdiyimiz səhvləri təkrar etməmək üçün nəticə çıxarmalıyıq və səhvlər üzərində çalışmalıyıq". Ərdoğan parlament sədri vəzifəsinə hakim partiyadan irəli sürüləcək namizəd haqqında danışıb. “9 iyul tarixində partiyanın ümumi yığıncağında Millət Məclisinin sədri vəzifəsinə namizədin adı gizli səsvermə yolu ilə müəyyən olunacaq", deyə Ərdoğan açıqlama verib. İyulun 10-da Rəcəb Tayip Ərdoğanın Şimali Kipr Türk Respublikasına ənənəvi səfəri gözlənilir. Eyni gün, Türkiyə prezidenti, ilk beynəlxalq səfərini qardaş Azərbaycana edəcəyini bildirib. Xatırladaq ki, 24 iyun prezident seçkilərində Ərdoğan 52,82 faiz səs toplayıb. Parlament seçkilərinə gəldikdə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) daxil olduğu "Xalq Birliyi" bloku 53,80 faiz səs toplayıb. Beləliklə, AKP-ni ölkənin parlamentində 293 deputat təmsil edəcək. Geri qayıt |