Əsas Səhifə > Dünya > Tramp bu ölkəni beş saniyə ərzində Rusiyaya sata bilər

Tramp bu ölkəni beş saniyə ərzində Rusiyaya sata bilər


5-07-2018, 11:57
Tramp bu ölkəni beş saniyə ərzində Rusiyaya sata bilər
“Tramp ən müxtəlif sözləri deyə bilər, amma bunların heç bir qiyməti yoxdur. ABŞ-da mövcud olan sistemi nəzərə alsaq, Trampın nə Krımın tanınması, nə də sanksiyaların ləğvi haqqında sözlləri heç bir praktik mənaya malik olmayacaq”.

Publika.az xəbər verir ki, bunu Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşü şərh edən Rusiya jurnalisti İqor Yakovenko bildirib.

“Tamamilə ona görə yox ki, prezidentin rolu dəyərsizdir və hökumət orqanları arasında parçalanma var. Amerika məhkəmələri var, Amerika parlamenti var. Bunlar ABŞ-ın 45-ci prezidentinin özbaşınalığını və fəaliyyətini məhdudlaşdırır. Bu görüş tamamilə imic xarakteri daşıyır. Tanınmış və ümumdünya səviyyəsində qanuni siyasi lider olduğunu sübut etmək üçün Putinə Trampla görüşmək çox əhəmiyyətlidir. Putin üçün indi təcrid vəziyyətindən çıxmaq fövqəladə əhəmiyyətlidir və sözsüz, Trampla görüş buna sübut ola bilər”, - o deyib.

Onun sözlərinə görə, seçkiqabağı vədlərini yerinə yetirdiyini nümayiş etdirmək Tramp üçün çox əhəmiyyətlidir: “O, Şimali Koreya lideri ilə görüşdü. O dedi ki, ABŞ-a istehsalı qaytaracaq və hər şeyi blokladı. Nəticədə, istehsal ABŞ-a qayıdır. O dedi ki, Putinlə münasibətləri qaydaya salacaq. Görüşdən sonra nə baş verəcək? Ukraynanı Rusiyaya təslim edə bilərmi? Bəli, Tramp bunu 5 saniyədə edərdi. Sadəcə, bunu edə bilmir. O, Ukraynanı verə bilmir. Birincisi, Ukrayna ona aid deyil, ikincisi, bir Tramp Amerika siyasətini müəyyən etmir”.

Geri qayıt