Əsas Səhifə > Dünya > AKP parlament sədri vəzifəsinə Binəli Yıldırımın namizədliyini irəli sürüb
AKP parlament sədri vəzifəsinə Binəli Yıldırımın namizədliyini irəli sürüb7-07-2018, 17:51 |
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, AKP parlament sədri vəzifəsinə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb. Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçki iyulun 12-də keçiriləcək. Məclis sədri seçilmək üçün 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir. Geri qayıt |