Əsas Səhifə > Dünya > Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır
Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır12-07-2018, 08:48 |
Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ və Rusiya prezidentlərinin gözlənilən görüşünü alqışlayır. Trend-in məlumatına görə, Tereza Mey bu barədə Brüsseldə NATO ölkələri liderlərinin işgüzar nahar zamanı bildirib. T.Mey qeyd edib ki, Rusiya-Britaniya münasibətlərində gərginliyin artmasına baxmayaraq Britaniyanın uzunmüddətli perspektivdə məqsədi Rusiya ilə konstruktiv münasibətlərin qurulmasıdır: "Buna görə mən prezident Tramp və prezident Putin arasında gözlənilərn görüşü alqışlayıram: ABŞ və Rusiya arasında kommunikasiya kanallarının yaradılması əsas məqamdır". Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında görüş iyulun 16-sı Helsinkidə baş tutacaq. Geri qayıt |