Əsas Səhifə > Dünya > Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib

Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib


12-07-2018, 18:38
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

“Report” xəbər verir ki, onun lehinə 335 deputat səs verib.

Parlament sədri vəzifəsinə AKP B.Yıldırımın, müxalif Cümhuriyyət Xalq Partiyası İstanbuldan olan millət vəkili Erdoğan Toprakın, Xalqların Demokratik Partiyası Siirtdən seçilən deputat Meral Danış Beştaşın, İYİ Partiya İstanbuldan olan millət vəkili Hayrettin Nuhoğlunun və Səadət Partiyası isə İstanbulu təmsil edən deputat Cihangir İslamın namizədliyini irəli sürmüşdü.

Türkiyə Konstitusiyasına əsasən, Məclis sədri seçilmək üçün I və II turda 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.

I turada B.Yıldırım 331, E.Toprak 134, M.D.Beştaş 65, H.Nuhoğlu 43, C.İslam isə 4 səs toplayıb. Namizədlərdən heç biri lazım olan 400 səsi qazana bilmədiyinə görə parlament sədrini birinci turda seçmək mümkün olmayıb.

Səsvermənin II turunda B.Yıldırıma 336, E.Topraka 131, M.D.Beştaşa 65, H.Nuhoğluna 42, C.İslama isə 3 səs verilib.

Ona görə də III tur keçirilib. B.Yıldırım III turda səs toplayıb.

Geri qayıt